Jurnalist Dəniz Arman vəfat etdi
Bölmə: Hadisə › ,Tarix: 23:06 24.01.2025
Təcrübəli jurnalist Dəniz Arman 64 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişdi. Arman uzun müddətdir ağciyər xərçəngi ilə mübarizə aparırdı.
Arman bu gün Çam Sakura Xəstəxanasında vəfat edib. Onun ölüm xəbərini jurnalist Özay Erad açıqlayıb. Erad paylaşımında bunları qeyd edib:
“Və mediyadan bir ulduz, peşəkar bir qələm daha əskik oldu. ‘Qum saatı’ dayandı. Yaxşı bir insanı, yaxşı bir jurnalisti, sadiq “Beşiktaş”azarkeşi olan Dəniz Armanı itirdik.”
Armanın dəfn mərasimi 25 yanvar (sabah) günorta namazından sonra Beşiktaş Vişnezadə Məscidindən son mənzilə yola salınacaq.
Dəniz Arman jurnalistika karyerasına 1985-ci ildə Milliyet qəzetində müxbir kimi başlayıb. 1991-ci ildə Milliyetdən ayrılaraq Show TVyə keçdi. Show TVdə ilk dəfə “anchorman” olaraq xəbər təqdim etməyə başladı. Bu vəzifə ilə 1996-cı ildə Gülgün Feymanla birlikdə Star TVyə keçdi. 1999-cu ildə Star TVdən ayrılaraq həm Show TVyə geri döndü, həm də Akşam qəzetində çalışdı. 2000-ci ildə Show TV və Akşam qəzetindən ayrılaraq Habertürk TVyə keçdi.
2003-cü ildə Habertürk TVdən ayrılıb Vatan qəzetinə keçdi. 2004-cü ildə Vatan qəzetindən ayrılaraq yenidən Star TVdə çalışmağa başladı. 2005-ci ildə Kenan Işığın gəlməsi ilə Star TVdən ayrıldı və Kanal Ddə həftə sonu xəbər aparıcısı oldu. Kanal Ddə həftə sonu xəbərlərini təqdim edən Dəniz Arman 2010-cu ildə bu vəzifəsindən azad edildi. 2012-ci ildə yenidən Kanal Dyə qayıdaraq Xəbərlər Ümumi Yayım Direktoru oldu. Kanal D Xəbərlərdəki vəzifəsinə 6 noyabr 2014-cü ildə son verildi.
Mənbə:NTV
Ləman Ağayeva