"Bir Ulduz Yandıqca"-Şəhid Aslan Rzayevin cənnətdəki doğum gününə həsr edilən tədbir

Bölmə: Sosial › ,
Tarix: 22:22 08.02.2025

Bu gün C. Cabbarlı adına 187 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə H. Abbasov adına Maştağa Mədəniyyət Mərkəzində adını mənasını dərk edərək adına layiq olan, cəsur, qorxmaz, rəşadətli şəhid Aslan Rzayevin mövlud günü münasibətilə "Bir Ulduz Yandıqca" adlı tədbir keçirilib. Tədbiri təşkil edən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytəkin Babayevadır.

 

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra isə bütün tədbirlərimizdə olduğu kimi şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Bu məktəbin məzunu, hazırda BDU-nun Jurnalistika fakültəsinin tələbəsi, BDU könüllüləri jurnalistika fakültəsinin idarə heyətinin üzvü, "İnformator.az" və "Ədəbiyyat və İncəsənət" saytlarının əməkdaşı Nigar Həsənzadə də tədbirdə "Qəhrəmanımızı Tanıyaq " başlıqlı çıxışını təqdim edib.

 

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin (Asəf Zeynallı adına musiqi kolleci) tələbəsi Bəşirzadə Yaşar da bu tədbirdə kamançada ifası ilə çıxış edib.

 

 Tədbirin hazırlanması və təqdimatında məktəbin iştirak edən şagirdləri:

 

Fatimə Abdullayeva (aparıcı)

Nihad Quliyev (çıxış)

Məmmədova Xumar (səhnəcik – şəhidin həyat yoldaşı rolu)

Soltanlı Fatimə (şeir)

Aslanova Zəhra (şeir)

Sadıqova Zəhra (ifa)

Babazadə Rüfət (kompozisiyada rol)

Rüstəmov Eltun (şeir)

Ramal Səmədov (səhnəcik – şəhid rolu)

Kənan Məmmədov (şeir)

 

Tədbirin gedişatında məktəbin 2A sinfinin "Sülh" və 6A sinfinin "Zəfər" mövzusuna aid rəqs kompozisiyası təqdim edilib.

 

Sadıqova Zəhranın Özlem Üngörün "Şəhidim, Rahat Uyu" mahnısını canlı ifası tədbirin gedişatında öz möhtəşəm təsirini göstərib.

 

Daha sonra isə şəhid Aslanın müəllimləri Gülnarə Məmmədova və Zülfiyyə Quliyeva onun haqqında xatirələrini bölüşüb.

 

Həmçinin qazilər, şəhidimizin döyüş yoldaşları, məktəb və universitet yoldaşları da tədbirdə iştirak edib, çıxış ediblər.

 

Şəhidin valideynləri Süleyman Rzayev və Hafizə Rzayeva da qəhrəman oğulları haqqında qürurla fikirlərini bildiriblər.

 

Təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Həsənova da çıxışında Aslanın qəhrəmanlığından fəxrlə danışıb, valideynlərinə səbir arzulayıb.

 

Daha sonra isə söz şəhid ailələrinə daim dəstək olan Vəfa Rzayevaya verilib.

 

Nigar Həsənzadə