Yeni Zelandiyada turist ölüb, üç nəfər yaralanıb

Bölmə: Hadisə › ,
Tarix: 16:11 14.02.2025

Yeni Zelandiyada dörd nəfərlik velosipedlə avtomobilin toqquşması nəticəsində bir britaniyalı turist ölüb, üç nəfər isə ağır yaralanıb.

 

Rəsmilər hadisənin cümə axşamı yerli vaxtla saat 10:45 radələrində Yeni Zelandiyanın Şimal adasındakı Vellinqton yaxınlığında yerləşən Martinboro şəhərində baş verdiyini bildiriblər.

Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) qurbanların ailələrinə yardım etdiyini söylədi.

Vellinqton Rayon Yol Polisi Meneceri Brad Allen verdiyi açıqlamada, ciddi qəza bölməsinin hadisə yerində araşdırma apardığını və qəzanın şərtləri ilə bağlı araşdırmaların davam etdiyini söylədi.

 

Mənbə: BBC News

Nərmin Həşimova