Ağızdakı bakteriyalar gələcəkdəki demans riskinizi müəyyən edə bilər

Bölmə: Maraqlı › ,
Tarix: 22:58 17.02.2025

İngiltərədə aparılan bir araşdırmaya görə insanların ağızlarında olan bakteriyalar yaşlandıqca gələcəkdəki beyin funksiyaları ilə bağlı ipucları verə bilər.

 

Exeter Universitetinin rəhbərliyi altında aparılan tədqiqatda müəyyən bakteriya növlərinin daha yaxşı yaddaş və diqqətlə, digərlərinin isə Alzheimer və beyin sağlamlığı ilə bağlı digər problemlərlə əlaqəli olduğu müəyyən edilib.

 

Araşdırma qrupunun rəhbəri Dr. Joanna L’Heureux bildirib: "Problem yaranmadan və ya diaqnoz üçün həkimə getməyi düşünmədən əvvəl belə Alzheimer geninizin olub-olmadığını təxmin edə bilərik".

 

Tədqiqat hələ ilkin mərhələdədir, lakin mütəxəssislər hazırda nitrat baxımından zəngin yaşıl yarpaqlı qidalar kimi bəzi sağlam qidaların müəyyən bakteriyaların yaranmasını artırıb-artırmadığını araşdırırlar.

 

Tədqiqatda iştirak edən mütəxəssislərdən Prof. Anne Corbettə görə "Araşdırmanın təsiri böyükdür".

 

Mənbə: BBC news 

Nigar Həsənzadə