Sığortanın həyatımızda rolu

Tarix: 22:14 27.02.2025
Sığorta, həyatımızın müxtəlif sahələrində riskləri azaltmaq və maliyyə təhlükəsizliyini təmin etmək üçün əhəmiyyətli bir rol oynayır. Sığorta qəzalardan, sağlamlıq problemlərindən və ya digər gözlənilməz hallardan yaranan maliyyə yükünü qarşılamaq üçün istifadə edilir.
Bu haqda iqtisadçı ekspert Ruslan Atakişiyev deyib ki, sığorta fəaliyyəti başımıza gələn, hər hansı hadisə zamanı bizi kompensasiya ilə təmin edir:
“Hər hansısa bir hadisə baş verən zaman zərər çəkən şəxs sığortalanmayıbsa, heç bir kompensasiya tələb edə bilməz. Sığorta ödənişi zamanı zərərçəkən öz haqqını tələb edə bilir. Sığorta müqaviləsi bağlanan zaman sığorta hadisələri yazılır və onların kateqoriyalarına uyğun məvacib təyin olunur. Sığorta əsasən icbari və könüllü şəkildə həyata keçirilir”.
21 fevral 2025-ci il tarixində İqtisadi Resursların Öyrənilməsi ictimai birliyinin (SER), Türkiyə İslam Sığortaçılığı Dərnəyinin (KATSİDER) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) birgə tərəfdaşlığı və Alizadeh şirkətinin təşkilati dəstəyi ilə “İslam Sığortası – Təkaful” mövzusunda sertifikatlı təlim proqramı keçirilib.
ASA-nın icraçı direktoru Elmar Mirsalayevin, SER-in sədri i.f.d. Ruslan Atakişiyevin və Alizadeh şirkətinin direktoru Kazım Mustafazadənin açılış nitqlərindın sonra söz Türkiyədən dəvət olunan Türkiyənin ilk İslam sığortası şirkəti olan Neova Sığortanın həmtəsisçisi Dr. Yunus Emre Gürbüzə verildi.
Dr. Y.E. Gürbüz “İslam sığortası – Təkafulun mahiyyəti, dövlət nəzarəti və tənzimlənməsi, şəriətə uyğunluğun idarə olunması kimi mözularda çıxış edib. Bundan sonra O, Türkiyə timsalında həyat və qeyri-həyat sığorta, həyat təqaüd, təkrar sığorta məhsul istiqamətlərindən danışdı.
O, bildirdi ki, Türkiyə İslam sığorta bazarında İslam sığorta şirkətlərinin sayı artıq 15-ə yaxın, onların payı isə 7%-ə çatlb. Əsas məhsullar içərisində Kasko, Qəza, kənd təsərrüfatı, yanğın, təbii fəlakət sığortaları olub. Neova, Bərəkət, Unico, Doğal və s. İslam sığorta şirkətlərindən praktiki misallar gətirib.
Təlimdə Azərbaycan Mərkəzi Bankının əməkdaşları, Qala sığorta, Azərbaycan Sənaye sığortası, Atəşgah sığorta, ATB bankın nümayəndələri, sahibkarlar və elmi işcilər iştirak edib.
Asiman Vəliyeva