Hollandiyada içərisində narkotik olan konfet Belçika bazarından geri çağırılıb

Bölmə: Dünya › ,
Tarix: 19:53 03.06.2025

Hollandiyada içərisində narkotik olan Haribo markalı konfetin Belçikada da ehtiyat tədbiri olaraq geri çağırıldığı bildirilib.

 

Belçika Qida Zəncirinin Təhlükəsizliyi Federal Agentliyinin (FAVV-AFSCA) sözçüsü Liesbeth Van de Voorde, Haribo markalı məhsulların Belçika bazarından geri çəkilməsi ilə bağlı AA müxbirinə yazılı açıqlama verib.

 

Van de Voorde, "İstehlakçı ilə əlaqə nöqtəsi vasitəsilə bu günə qədər heç bir sağlamlıq problemi bildirilməyib",-dedi. 

 

Sözçü qərarın ehtiyat tədbiri olduğunu bildirib və Haribonun rəsmi açıqlamasını da paylaşıb. Açıqlamada, istehlakçılardan başgicəllənmə şikayətləri daxil olduqdan sonra "HAPPY COLA F!ZZ (1000 qram)" məhsulunun Hollandiya və Belçikadan geri çağırıldığı bildirilib.

 

Açıqlamada vəziyyətin yalnız 3 paketdə təsbit edildiyi, lakin ehtiyat tədbiri olaraq bütün ehtiyatın geri çağırıldığı və "digər Haribo məhsullarının təhlükəsiz şəkildə istehlak edilə biləcəyi" ifadə edilib. 

 

Açıqlamada həmçinin istehlakçılara “L341-4002307906” kodlu məhsullarla rastlaşdıqları təqdirdə istehlak etməməyə çağırılıb.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli