Hollandiyanın baş naziri Dick Şchoof istefa verib

Bölmə: Dünya › ,
Tarix: 19:51 03.06.2025

Hollandiyanın baş naziri Dick Schoof ifrat sağçı Azadlıq Partiyasının (PVV) koalisiyadan çıxmasından sonra istefa verdiyini və hökumətin istefasını Hollandiya kralı Willem Aleksandra təqdim edəcəyini açıqlayıb.

 

Schoof, PVV-nin hökumətdən çıxması səbəbiylə keçirilən fövqəladə kabinet iclasından sonra təşkil edilən mətbuat konfransında, "Parlamentdə kifayət qədər dəstəyin olmadığı qənaətinə gəldik",- deyərək istefa verdiyini açıqlayıb. 

 

Baş nazir, "Bir partiyada iradə yoxdursa, birlikdə davam edə bilməzsiniz",- deyərək hökumətin dağılmasında PVV və onun lideri Geert Wildersin məsuliyyətinə işarə edib. 

 

Schoof Wildersin qərarını "lazımsız və məsuliyyətsiz" adlandırıb. 

 

Baş nazir Schoof jurnalistlərə "Belə bir vəziyyətlə qarşılaşdığınız zaman təbii ki, məsuliyyət hiss edirsiniz. Mən son günlər koalisiyadakı dörd partiyanın liderləri ilə yaxından əlaqə saxladım və bunun mənim üçün belə olmadığını açıqladım",- dedi. 

 

Noyabrda yeni seçkilər gözlənilir

 

Hökumətin yenidən qurulmasının mümkün olmadığını bildirən Schoof, böyük ehtimalla noyabrda yeni seçkilərin keçiriləcəyini açıqlayıb.

 

Baş nazir ölkənin mənzil böhranı, iqtisadiyyat, təhlükəsizlik və immiqrasiya kimi əsas problemləri ilə bağlı "Lazımi qərarların verilməsi üçün hər şeyi edəcəyik və Parlamentin bizə verdiyi sahə çərçivəsində lazımi çoxluğu axtaracağıq",- dedi.

 

Müvəqqəti hökumət yeni hökumət formalaşana qədər fəaliyyət göstərəcək.

 

Schoof, Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası (VVD), Yeni Sosial Müqavilə Partiyası (MTK) və Fermer-Vətəndaş Hərəkatı Partiyasının (BBB) nazirlərinin yeni hökumət qurulana qədər vəzifələrini davam etdirəcəklərini açıqladı və dedi: "Nazirlərin bu milli təhlükəsizlik, idxal tarifləri, idxal tənzimləmələri, idxal rüsumları ilə bağlı gərginlik dövründə yorulmadan vəzifələrini davam etdirmələri vacibdir". 

 

Hökumətdən geri çəkilən Azadlıq Partiyasının (PVV) müvəqqəti hökumətdə iştirakı gözlənilməsə də, PVV-nin boşaldacağı nazirləri müvəqqəti olaraq koalisiyaya daxil olan digər partiyaların təyin edəcəyi nəzərdə tutulur.

 

Hökumət PVV olmadan müvəqqəti olaraq fəaliyyətini davam etdirəcək.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli