200 mindən çox insan işıqsız qalıb

Tarix: 21:49 05.03.2025
Əlverişsiz hava şəraiti ABŞ-yə təsir etməkdə davam edir. Elektrik enerjisinin kəsilməsini izləyən PowerOutage saytında ölkənin mərkəzi və cənub-şərq bölgələrində 200 mindən çox insana elektrik enerjisinin verilmədiyi qeyd edilib.
Şimali Karolina və Cənubi Karolina ştatlarının bəzi bölgələrində qasırğa ehtimalına hazırlaşmaq üçün xəbərdarlıq edilib.
Meteoroloqlar leysan yağışlarının həftənin sonuna qədər ölkənin qərb bölgələrinə də təsir edə biləcəyini qeyd ediblər.
Ötən gün ABŞ-nin Missisipi ştatında əlverişsiz hava şəraiti və fırtına səbəbindən iki nəfər ölüb.
Mənbə: CNN Türk
Nərmin Həşimova