ABŞ-də təcili yardım helikopteri qəzaya uğrayıb

Tarix: 15:59 11.03.2025
ABŞ-nin Missisipi ştatının Medison dairəsində təcili yardım helikopteri qəzaya uğrayıb. Qəza nəticəsində 3 nəfər ölüb. Səbəbi hələ məlum olmayan qəza ilə bağlı araşdırmalara başlanılıb.
Missisipi Universiteti Tibb Mərkəzindən verilən açıqlamaya görə, bir xəstəni daşıyan vertolyotun geri dönərkən qəzaya uğraması nəticəsində pilot və 2 xəstəxana işçisi dünyasını dəyişib.
Mənbə: a haber
Nərmin Həşimova