Azərbaycan və İspaniya arasında Strateji İqtisadi Dialoqun birinci iclası keçirilib

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:53 12.03.2025

Baş nazirinin müavini Samir Şərifov İspaniya Krallığının iqtisadiyyat, ticarət və biznes nazirliyinin ticarət üzrə dövlət katibi Mariya Amparo Lopes Senovilya ilə görüşüb.

 

Mövzu ilə bağlı “informator.az”a iqtisadçı Eldəniz Əmirov bildirib ki, bu görüş Azərbaycan və İspaniya arasında olan iqtisadi əlaqələrin daha da dərinləşməsinə və inkişaf etməsinə şərait yaradacaqdır:

 

“Nəzərə alsaq ki, strateji iqtisadi dialoqun birinci iclasıdır, amma hesab edirəm ki, qarşıdakı dönəm üçün daha yaxşı prespektivliyin əsasını yaradacaq. Azərbaycan və İspaniya arasında faydalı əməkdaşlığın xüsusən də ticarət və investisiya istiqamətində birgə əməkdaşlığın qurulması üçün bu iclası əsas olaraq göstərə bilərik. Eyni zamanda bu görüş Azərbaycan iqtisadiyyatına müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi, texnologiya mübadiləsi və beynəlxalq bazarlara çıxış bazarından, o cümlədən, investisiyaların ölkə iqtisadiyyatına gəlir baxımından öz müsbət təsirini göstərə bilər. İspaniyanın Avropa İttifaqının aparıcı ölkələrindən biri olması bu görüşün Azərbaycan və Avropa İttifaqı arasında olan münasibətlərə də öz müsbət töhfəsini verəcəkdir. Bir sözlə bu qəbildən olan görüşdə ölkələrarasında iqtisadi və strateji maraqlara xidmət edir. Və iqtisadi maraqlar təbii olaraq həyatın digər istiqamətlərində mədəni, təhsil və səhiyə, o cümlədən, siyasi istiqamətlərdə öz müsbət təsirini göstərəcəkdir”.

 

Aysel Mirzəyeva