Türkiyə ilə Rusiya arasında müzakirələr sabah İstanbulda keçiriləcək

Tarix: 23:32 24.04.2025
Türkiyə ilə Rusiya arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində Orta Şərq üzrə müzakirələri sabah İstanbulda baş tutacaq.
Müzakirələrdə Türkiyəni xarici işlər nazirinin müavini Nuh Yılmaz, Rusiyanı isə xarici işlər nazirinin müavini Mixail Boqdanov təmsil edəcək. Yılmaz və Boqdanovun əsasən Suriya və Fələstin olmaqla, regional məsələlər barədə ətraflı fikir mübadiləsi aparacağı gözlənilir. Rusiya, Türkiyənin Orta Şərqdə baş verən hadisələrlə bağlı fikir mübadiləsinə xüsusi əhəmiyyət verdiyi ölkələrdən biridir.
Mənbə: Haber Global
Nuray Əliyeva