Trampın İranla bağlı açıqlaması

Bölmə: Dünya › ,
Tarix: 11:48 25.04.2025

ABŞ Prezidenti Donald Tramp İranla danışıqlara işarə edib. 

 

 

 ABŞ Prezidenti Tramp Oval kabinetdə Norveçin baş naziri Jonas Gahr Store ilə görüşündə İranla davam edən danışıqları dəyərləndirib. "Düşünürəm ki, biz İranla bağlı çox yaxşı iş görürük, çox ciddi müzakirələr aparırıq. İranla razılaşmada çox yaxşı iş görürük", - Tramp deyib. 

ABŞ Prezidenti İranla nüvə müzakirələri ilə bağlı iki variantın olduğunu bildirib. Tramp:

"Bu variantlardan biri heç də yaxşı variant deyil" , - deyib.


Tramp həmçinin İsrail ilə region ölkələri arasında imzalanan İbrahim razılaşmalarına bir çox yeni ölkənin qoşulmağa hazır olduğunu bildirib və yaxın vaxtlarda müqaviləyə yeni ölkələrin əlavə ediləcəyini bildirib.
ABŞ Prezidenti Trampın İrana nüvə razılaşmasına nail olmaq üçün 2 ay vaxt verdiyi iddia edilib.
Aprelin 12-də səkkiz illik fasilədən sonra ABŞ və İran arasında nüvə razılaşmasına nail olmaq üçün danışıqların ilk raundu Omanda keçirilib. Aprelin 19-da İtaliyanın paytaxtı Romada dolayı danışıqların ikinci raundu keçirilib.


Danışıqların hər iki raundunda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Arraqçi , ABŞ-nin isə Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff rəhbərlik edib.

 

 

Mənbə:CNN Türk
Əminə Əliyeva