Rusiya Əfqanıstanla bağlı qərar verdi

Tarix: 11:27 25.04.2025
Rusiya Xarici İşlər Nazirliyi, Əfqanıstanın Moskvadakı diplomatik nümayəndəliyinin səfirlik səviyyəsinə yüksəldilməsi qərarının qəbul edildiyini bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, rus və əfqan rəsmiləri arasında dünən görüş keçirilib. Görüşdə Rusiya Prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov, Rusiyanın Kabil səfiri Dmitri Jirnov, Əfqanıstanın müvəqqəti hökumətinin xarici işlər naziri vəzifəsini icra edən Əmirxan Muttaki və daxili işlər naziri vəzifəsini icra edən Siracəddin Haqqani iştirak ediblər.
Görüş zamanı ikitərəfli münasibətlər müzakirə olunub. Rusiya tərəfi Əfqanıstanın Moskvadakı diplomatik nümayəndəliyinin səfirlik səviyyəsinə yüksəldilməsi qərarını əfqan rəsmilərinə çatdırıb.
Mənbə: Haber Global
Nuray Əliyeva