Tramp: ABŞ və İran arasında razılaşma bir çox insanın həyatını xilas edə bilərdi

Bölmə: Dünya › ,
Tarix: 00:54 25.04.2025

 

İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlar yaxşı gedir və razılaşmanın əldə olunması bir çox insanın həyatını xilas edə bilərdi.


İnformator.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval kabinetində jurnalistlərin suallarını cavablandırarkən bildirib:

 

“Düşünürəm ki, İranla bağlı vəziyyətimiz çox yaxşıdır. Çox ciddi görüşlərimiz keçirilir. Amma hadisələrin yekununa dair yalnız iki variant var. Onlardan biri yaxşı variant deyil”, – Tramp qeyd edib.