Ali təhsil üzrə I-IV ixtisas qrupları üçün imtahan qeydiyyatı davam edir –-Son tarix yaxınlaşır

Tarix: 01:56 25.04.2025
“İnformator.az” xəbər verir ki ,Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsilin I-IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci cəhdi üçün qeydiyyat prosesinin davam etdiyini açıqlayıb.
Abituriyentlər qeydiyyatdan keçmək üçün DİM-in rəsmi internet səhifəsinə daxil olaraq tələb olunan addımları yerinə yetirməlidirlər.
Qeydiyyat 1 may 2025-ci il saat 23:59 tarixində başa çatacaq.
Qeyd edək ki, bu mərhələ 2025-2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün nəzərdə tutulub və hər bir namizədə iki dəfə imtahanda iştirak etmək imkanı verilir.
Səkinəbəyim Cəfərova