Fransadakı məscidə hücum edən şübhəli İtaliyada həbs olunub

Bölmə: Dünya › ,
Tarix: 19:26 28.04.2025

Fransanın cənubunda bir məsciddə baş verən və bir nəfərin həyatını itirdiyi bıçaqlı hücumun şübhəlisi İtaliyanın Florensiya şəhəri yaxınlığında həbs olunub.

 

 

Fransadakı məsciddə törədilən bıçaqlı hücuma dair yeni bir inkişaf yaşanıb. Gard şəhərindəki məsciddə baş verən və bir nəfərin ölümü ilə nəticələnən bıçaqlı hücumun şübhəlisi İtaliyada saxlanılıb. Gard bölgəsinin Respublika Prokuroru Abdelkerim Grini verdiyi açıqlamada:
"Şübhəli şəxsin ötən gecə saat 23:00-23:30 radələrində Florensiya yaxınlığındakı bir İtaliya polis məntəqəsinə getdiyini təsdiqləyib. Onun Fransanı tərk etdiyini bilirdik. Onu yaxalamağımız an məsələsi idi” , - deyə bildirib.

Abdelkerim Grini hücumun motivi ilə bağlı da  danışıb:

 

"Anti-müsəlman motivasiyası əsas ehtimal kimi görünür, lakin istintaq hücumun başqa səbəblərinin də ola biləcəyini göstərən elementləri ortaya çıxarıb. Ola bilsin ki, ölümə qarşı bir maraq, serial qatili kimi tanınmaq arzusu da səbəblər arasında olsun” , - deyə qeyd edib.

 




Mənbə: Haber Global
Nuray Əliyeva