“Gələn il dəmir yolumuzu İran sərhədinə çatdıra bilərik”-Prezident

Bölmə: Siyasət › ,
Tarix: 00:57 29.04.2025

“O ki qaldı, dəmir yolu körpüsünə, bu məsələ də müzakirə mövzusudur. Biz dəmir yolumuzu artıq gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilərik və təbii olaraq İran ərazisində dəmir yolu inşası da nəzərdə tutularsa, o zaman bu da beynəlxalq nəqliyyat dəhlizi olacaq”.

 

 

“İnformator.az” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda iranlı həmkarı Məsud Pezeşkianla birgə iştirak etdiyi Azərbaycan-İran biznes forumunda deyib.

 

“Yəni, çox geniş perspektivlər açılır və bütün bunları həyata keçirmək üçün əsas amillər var. Birincisi, Azərbaycan-İran arasındakı dostluq, ikincisi, qarşılıqlı siyasi iradə, üçüncüsü bu layihələrin bir çox ölkələrə xidmət göstərməsi və qarşılıqlı fayda verməsi məsələsi. Bu, yəni, əsas məsələlərdən biri olan layihədir” , - Azərbaycan lideri vurğulayıb.