Bu dəfə də Romada görüşə bilərlər

Bölmə: Dünya › ,
Tarix: 23:10 28.04.2025

ABŞ və İran arasında məsləhətləşmələrin növbəti mərhələsi mayın 3-də İtaliyanın paytaxtında baş tutacaq.

 

“İnformator.az” xəbər verir ki, bu barədə “Axios” portalının müxbiri Barak Ravid “X”də məlumat yayıb.

 

“ABŞ-İran danışıqlarının dördüncü raundunun şənbə günü Romada baş tutacağı gözlənilir. Bu haqda mənə məsələ ilə əlaqəli olan iki səlahiyyətli bildirib”, - o yazıb.

Xatırladaq ki, danışıqların ikinci raundu da Romada baş tutub.