Astrologiya elmi

Bölmə: Sosial › ,
Tarix: 19:45 01.05.2025

Astrologiya — insanların həyatında səma cisimlərinin (planetlər, ulduzlar və s.) mövqeləri və hərəkətlərinin təsirini araşdıran qədim bir bilik sahəsidir. Əsrlər boyu astrologiya müxtəlif mədəniyyətlərdə inkişaf edərək, insanın xarakteri, taleyi və gələcək hadisələr haqqında məlumat verməyə çalışan bir sistemə çevrilib.

 

Mövzu ilə bağlı astroloq Nərmin Zeynalova "İnformator.az"a açıqlamasında bildirib ki, astrologiya çox zəngin bir elmdir:

 

"Belə bir ideya da var ki, bu elmi yadplanetlilər gətirib və ya hansısa qədimi sivilizasiyalardan qalıb. Bu elmin yaranması çox maraqlı bir sirr olaraq qalmaqdadır. Bürclərlə uyğunluq fərdi münasibətlərdə rol oynamır. Bu uyğunluq fərdi hesablana bilər. Bugünkü texnologiyalar isə bizim işimizi asanlaşdırıb. Əgər 30 il bundan əvvəl astroloq doğum xəritəsi tərtib etmək üçün çertyoj çəkməli olurdusa, indi internet prosessorlar var və bu hesablamaları bizim yerimizə internet özü həll edir. Elm və texnologiyalar inkişaf etməyə başlayarkən astronomlar yeni bir planet kəşf etdilər. Bu planet Uran idi. Ondan əvvəl astrologiyada cəmi 7 planetdən istifadə olunurdu. İndi biz artıq 10 planet tanıyırıq. Urandan sonra Neptun və Pluton kəşf olundu. Mən düşünürəm ki, hələ qarşıda 2 planet də var".


Fatimə Heydərova