İmamoğlunun həbsi “mühafizəkar məhəllədə” necə müzakirə olunur?

Tarix: 12:36 05.05.2025
"Bu məhəllə küçə etirazlarından çox da uzaq deyil. Söhbət bu yolla öz haqqını qazanan məhəllədən gedir".
Jurnalist Hicran Kıvanç Türkiyədəki mühafizəkar seqmentin Əkrəm İmamoğlunun işdən çıxarılmasına və ondan sonrakı proseslərə necə baxdığını izah edərkən keçmişə dair belə bir xatırlatma edir. O, misal olaraq 1990-cı illərin hicab etirazlarını göstərir.
“Zülmə qarşı duracağıq” şüarlarının səsləndirildiyi bu etirazların mərkəzi Əkrəm İmamoğlunun həbsindən sonra universitet tələbələrinin toplaşdığı Bəyazıt Meydanı olub.
Rəcəb Tayyib Ərdoğan 1998-ci ildə həbs cəzasına məhkum edilərək İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılarkən Saraçhanedə kütləvi nümayiş keçirilib.
Mənbə: BBC News Türkçe
Zəhra Möhübbətova