Əczaçı İstelsalçılar Assosiasiyası İB dövlət qeydiyyatına alınıb

Tarix: 12:19 05.05.2025
Azərbaycan Əczaçı İstelsalçılar Assosiasiyası İctimai Birliyinin dövlət qeydiyyatıma alınması münasibətilə şəhadətnamə təqdim olunub.
"İnformator.az” xəbər verir ki, təqdimat Bakıda keçirilən "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq konfrans çərçivəsində baş tutub.
Şəhadətnaməni ədliyyə nazirinin müavini Abiddin Hüseynov təqdim edib.