İran XİN başçısı Pakistana səfər edib

Bölmə: Dünya › ,
Tarix: 11:31 05.05.2025

İranın xarici işlər naziri Abbas Əraqçı Pakistana səfər edib.

 

Bu barədə "İnformator.az" "Tasnim News"a istinadən xəbər verir.

 

Qeyd olunub ki, İranın XİN başçısı səfər çərçivəsində Pakistanın yüksəkvəzifəli şəxsləri ilə görüşəcək, ikitərəfli məsələlər, o cümlədən iqtisadi-ticarət əməkdaşlığı, sərhəd təhlükəsizliyi, eləcə də regional və beynəlxalq proseslərlə bağlı müzakirələr aparacaq.