İsrail ordusu ehtiyat qüvvələrini çağırmağa başlayıb

Bölmə: Dünya › ,
Tarix: 15:32 05.05.2025

 

İsrail ordusu Qəzzada əməliyyatlarını "intensivləşdirmək və genişləndirmək" məqsədilə on minlərlə ehtiyat əsgəri orduya çağırmağa başlayıb. İsrail Müdafiə Qüvvələri (IDF) girovları geri qaytarmaq və Qəzzada Həmas yaraqlılarını məğlub etmək üçün "təzyiqləri artırdığını" açıqlayıb.

 

Tənqidçilər atəşkəsin dağılmasından sonra başlayan son hərbi hücumun əsirlərin azad edilməsini təmin edə bilmədiyini deyirlər və onlar baş nazir Benyamin Netanyahunun münaqişədəki məqsədlərini şübhə altına alırlar. Plana görə, ordu yeni ərazilərdə fəaliyyət göstərəcək və yerin üstündə və altında “bütün infrastrukturu məhv edəcək”. İsrail mediası İsrail təhlükəsizlik kabinetinin Qəzzada hərbi genişlənməni yenidən təsdiqlədiyini bildirib. Lakin məlumatlara görə, bu, yalnız prezident Donald Trampın gələn həftə bölgəyə səfərindən sonra baş verəcək. Beynəlxalq danışıqlarda atəşkəs və HƏMAS-ın əlində olan 59 girovun azad edilməsi ilə bağlı yeni razılaşma əldə olunmayıb. Girovlardan 24-nün sağ olduğu təxmin edilir.

 

BBC news 

Asiman Vəliyeva