Beyləqanda keçirilən aksiyada 200-dən çox ağac əkilib

Tarix: 22:38 05.05.2025
Beyləqanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
"İnformator.az" AZƏRTAC-a istinadən xəbər verir ki, aksiya zamanı Beyləqan-Füzuli avtomobil yolunun kənarında ərazinin torpaq-iqlim şəraitinə uyğun 200-dən çox müxtəlif növ ağac tingləri əkilib.
Əkilən ağaclara aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb.