Ukrayna ordusu Rusiyanın “Strela” zavodunu məhv edib

Tarix: 22:43 05.05.2025
Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətinin Suzemski rayonundakı “Strela” zavodunu “Qrad” MLRS-dən istifadə edərək atəşə tutub.
Mövzu ilə əlaqədar politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Ukrayna - Rusiya münaqişəsində artıq tərəflər qarşı tərəfin ərazilərinin dərinliklərində legitim hesab etdikləri hədəfləri vurmaqdadırlar:
"Ukraynanın son dəfə Bryanskda həyata keçirdiyi əməliyyatlar da məhz bu koteqoriyadandır. Buna görə də hazırda Rusiya - Ukrayna ölkələrinin faktiki olaraq, sülh danışıqları ilə bağlı hansısa birbaşa təmaslar yoxdur. Şübhəsizdir ki, bu hallar sülh prosesini gecikdirən amillərdir. Nəzərə alsaq ki, Ukrayna müdafiə olunan tərəfdir və öz ərazi bütövlüyünü, suverenliyini müdafiə etmək onun haqqıdır. Bu baxımdan da Ukraynanın bu addımları özünü müdafiə xarakteri daşıyır. Bu münaqişədə əsas məsuliyyət daşıyan Rusiyadır. Rusiya atəşkəsə getməlidir. Necə ki, Ukrayna və ABŞ Rusiyaya 30 günlük atəşkəslə bağlı təklif veriblər. Rusiya bu təklifi qəbul etmir və müxtəlif şərtlər deyir. Buna görə də, yaxın dövrlər üçün Rusiya - Ukrayna arasında birbaşa danışıqların olacağı və atəşkəsə gedəcəyi ilə bağlı gözləntilər kifayət qədır zəifdir”.
Asiman Vəliyeva