“Trampın açıqlaması ABŞ-Rusiya münasibətlərinin düzələcəyi anlamına gəlmir”-ŞƏRH

Tarix: 18:48 06.05.2025
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukraynada üç günlük atəşkəs elan etmək qərarını yüksək qiymətləndirdiyini bildirib.
Bu haqda TASS məlumat yayıb.
“Bildiyiniz kimi, Prezident Putin üç günlük atəşkəs elan etdi. İlk baxışda uzun müddət görünmür, amma hər şeyin harada başladığını xatırlayanda bu, əslində böyük nailiyyətdir”, - Tramp deyib. Amerika lideri həmçinin əlavə edib ki, o, hər iki ölkənin Ukrayna münaqişəsini həll etmək istədiyinə inanır.
Mövzu ilə bağlı politoloq Samir Hümbətov “İnformator.az”a açıqlamasında bildirib ki, üç günlük atəşkəsin məqsədi Rusiyada 80 illiklə bağlı hərbi paradı keçirməkdir:
“Parad bitəndən sonra müharibəyə yenə davam edəcəklər. Trampın bu açıqlaması heç də ABŞ-Rusiya münasibətlərinin düzələcəyi anlamına gəlmir. ABŞ Ukraynaya yenidən silah vermək və digər müdafiə təyinatlı məhsulların ötürülməsi ilə bağlı razılıq əldə edib. Artıq “F16”dan da verilmə çoxdur. ABŞ-nin özündən birbaşa deyil, Avropa ölkələrində olan “F16”lar verilib. Yerinə də “F35”lərin onlara verilməsi nəzərdə tutulub. Üç günlük atəşkəsin əldə edilməsi müharibənin sadəcə o üç gün ərzində müəyyən bir canlıların qurban gedilməməsidir. Orada elə bir ciddi dəyişiklik olmayacaq. Üç günlük atəşkəsdə baş verməyə bilər”.
Nuray Əliyeva