Rusiya-Ukrayna məhbus mübadiləsi

Tarix: 19:55 06.05.2025
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi çərçivəsində 205 Rusiya və 205 Ukrayna əsgərinin azad edildiyi açıqlanıb.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukrayna ilə əsir mübadiləsi çərçivəsində 205 rus əsgərinin geri gətirildiyi, 205 nəfərin isə Kiyevə təslim edildiyi bildirilib. Açıqlamada qeyd olunub ki, məhbus mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə baş tutub.
Mənbə: CNN Türk
Əminə Əliyeva