Bir sıra ölkələrin hökumət başçıları Əli Əsədovu təbrik ediblər

Tarix: 14:27 27.05.2025
Bir sıra ölkələrin hökumət başçıları Baş nazir Əli Əsədovu Müstəqillik Günü münasibətilə təbrik ediblər.
“İnformator.az” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova 28 May - Müstəqillik Günü münasibətilə Türkiyə Respublikasının vitse-prezidenti, Çin Xalq Respublikasının, Özbəkistan Respublikasının, Qazaxıstan Respublikasının, Belarus Respublikasının, Ukraynanın, Polşa Respublikasının, Çex Respublikasının, Slovakiya Respublikasının, Şimali Makedoniya Respublikasının, Əlcəzair Xalq Demokratik Respublikasının, Malayziyanın hökumət başçıları vasitəsilə təbrik məktubları ünvanlanıb.