Rusiyanın təsiri: Pxenyan ordusu yenidən güclənir...

Bölmə: Dünya › ,
Tarix: 08:54 01.06.2025

Rusiya ilə əməkdaşlıq sayəsində Şimali Koreya son 30 ildə yalnız tədricən zəifləyən ordusunu sürətlə modernləşdirir. Bu, Koreya yarımadasındakı kövrək sabitliyi kökündən poza bilər.

 

"İnformator.az" "Axar.az"a istinadənxəbər verir ki, bu barədə “Nyu York Tayms nəşri yazıb.

 

Nəşrin müəllifləri qeyd edirlər ki, son bir neçə ay ərzində Pxenyan süni intellektlə idarə olunan döyüş pilotsuz təyyarələri, qabaqcıl elektron döyüş sistemlərinə malik tanklar, səsdən sürətli raketlərə malik yeni esmines, hava hücumundan müdafiə sistemi və hava raketləri kimi bir sıra hərbi yeniliklərlə öyünür.


NYT Cənubi Koreyanın məlumatlarına istinadən yazıb:

 

“Moskva Pxenyanla Soyuq müharibə dövründən qalmış qarşılıqlı müdafiə və əməkdaşlıq müqaviləsini yeniləyib, Şimali Koreyanı təkcə yanacaq və ərzaqla deyil, həm də silahlı qüvvələrini modernləşdirmək üçün material və texnologiya ilə təmin edib”.