Baş nazir Şof Vildersin koalisiyadan çıxmasından sonra istefa verib

Bölmə: Dünya › ,
Tarix: 19:12 03.06.2025

Hollandiyanın baş naziri Dik Şof istefa verib. Buna səbəb Geert Vildersin rəhbərlik etdiyi ifrat sağçı PVV partiyasının koalisiyadan çıxması olub. Vilders bildirib ki, sığınacaqla bağlı planları koalisiyada dəstəklənmir və buna görə partiyası ayrılır.

 

Bunun ardınca fövqəladə kabinet iclası keçirilib, Şof isə istefa qərarını açıqlayıb. PVV-dən olan nazirlər hökumətdən gedəcək, qalanlar isə müvəqqəti idarəetməni davam etdirəcək. Yeni seçkilər oktyabra qədər gözlənilmir.

 

Koalisiya ortaqları Vildersi şəxsi maraqları üstün tutmaqda ittiham edib. Dilan Yeşilgöz qeyd edib ki, Avropada müharibə gedir, amma Vilders məsuliyyəti üzərinə almaqdan yayınır. Müxalifət lideri Frans Timmermans isə erkən seçkiləri yeganə çıxış yolu sayır.

 

Mənbə: Al Jazeera
Qəmər Kazımzadə