Pakistanda zəlzələ təşvişindən sonra 200-dən çox məhkum qaçıb

Bölmə: Dünya › ,
Tarix: 19:25 03.06.2025

Pakistanın Kəraçi şəhərində gecə yarısı baş verən zəlzələdən sonra bölgədəki bir həbsxanadan 200-dən çox məhkumun qaçdığı bildirilib.

 

"Dawn" nəşrinin polis rəsmilərinə istinadən verdiyi məlumata görə, Kəraçidə hiss edilən zəlzələnin ardından həbsxanada saxlanılan məhkumlar sayım üçün müvəqqəti olaraq çölə çıxarılıb.

 

Rəsmilər, bu müddət ərzində 200-dən çox məhkumun həbsxanadan qaçdığını, onlardan 78 nəfərinin isə saxlanıldığını açıqlayıb.

 

Bundan əlavə, polis rəsmiləri bildirib ki, qaçan məhkumlardan biri polis ilə qarşıdurmada zərərsizləşdirilib. Digəri isə anası vasitəsilə hüquq-mühafizə orqanlarına təhvil verilib.

 

Qaçan digər məhkumlarla bağlı axtarış işləri davam etdirilir.

 

 

TRT Xəbər 

Nuray Əliyeva