Bakının bu qəsəbəsi işıqsız qalıb

Tarix: 11:06 05.06.2025
Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranıb.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə Azərişıq ASC-dən məlumat verilib.
Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Qaraçuxur qəsəbəsinin bir hissəsində 6 kV-luq hava xəttində aparılan təmir və budama işləri ilə əlaqədar iyunun 5-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 15:00-dək qəsəbənin Nizami İsmayılov və Cəlal Qurbanov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Bölmədən digər xəbərlər
İAQAMQK Belarus nümayəndə heyəti ilə insan alverinə qarşı mübarizə mövzusunda görüş keçirib
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası (İAQAMQK) Belarus Respublikasının Azərbaycanda səfərdə olan miqrasiya məsələləri üzrə nümayəndə heyəti ilə görüş keçirib.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası (İAQAMQK) Belarus Respublikasının Azərbaycanda səfərdə olan miqrasiya məsələləri üzrə nümayəndə heyəti ilə görüş keçirib.