Tramp NATO ölkələrini bu xərci artırmağa vadar edir

Bölmə: Dünya › ,
Tarix: 11:55 05.06.2025

NATO ölkələri alyansın 24-25 iyun tarixlərində Haaqada keçiriləcək sammitinə qədər müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırmaq öhdəliyi barədə razılığa gələ biləcək.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset deyib.

 

“Bütün alyans ölkələrinin ÜDM-nin 5%-ni müdafiəyə xərcləməsi öhdəliyi ilə bağlı Prezident Trampın başlatdığı işi davam etdirmək üçün buradayıq və bu barədə razılaşa bilərik. Bu, ayın sonunda Haaqada keçiriləcək sammitə qədər baş verməlidir”, - o bildirib.