ABŞ bu texnologiyanı Ukraynaya verməkdən imtina edib

Bölmə: Dünya › ,
Tarix: 11:34 05.06.2025

Donald Tramp administrasiyası Ukrayna üçün nəzərdə tutulan əsas antidron texnologiyasını ABŞ ordusuna yönləndirmək qərarına gəlib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

 

Məlumata görə, bu, Pentaqonun Kiyevin müdafiəsi ilə bağlı öhdəliyinin zəiflədiyini göstərir:

 

“Pentaqon Konqresə Ukraynanın Rusiya dronlarını vurmaq üçün istifadə etdiyi sistemlərin indi ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdəki bölmələrinə ayrıldığını bildirib. Bu qərar Ukraynanın Rusiya PUA və raketlərinin yeni hücumlarına hazırlaşdığı bir vaxtda ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdəki bölmələrinin İranla mümkün qarşıdurmada kritik müdafiə mövqelərinin çatışmazlığını sübut edir”.