AB üzvlüyünə tam hazır olacağıq - Kobaxidze

Bölmə: Dünya › ,
Tarix: 14:53 05.06.2025

Gürcüstan 2030-cu ilə qədər AB üzvlüyünə digər ölkələrlə müqayisədə daha çox hazır olacaq.

 

“İnformator.az” xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

 

“Məqsədimiz 2030-cu ilə qədər Avropa Birliyinə üzv olmaqdır. Ədalətli yanaşma təmin olunarsa, bu, tamamilə mümkündür. 2030-cu ildə Gürcüstan AB-yə daxil olmağa ən çox hazır olan ölkə olacaq”, - Kobaxidze bildirib.