"Benasser" ilə yollar ayrılıb

Tarix: 20:29 05.06.2025
"Trendyol Süper Lig" komandalarından "Reeder Samsunspor", Mərakeşli ön libero oyunçusu "Youssef Ait Benasser" ilə yollarını ayırdığını elan edib.
Qırmızı-ağlı klubun “Hər gözəl hekayənin bir vida anı var” başlıqlı sosial media paylaşımında bu ifadələr yer alıb:
"’Süper Lig’ə çempion kimi yüksəlməyimizdə və ikinci mövsümümüzdə Avropaya qədər uzanan bu tarixi yürüşdəki mühüm töhfələrinə görə təşəkkür edirik. Meydanda göstərdiyin xarakter, komandaya qazandırdığın balans və duruşunla daim təqdir edildin. İndi yeni bir səhifə açılır, amma biz səni bu böyük mövsümdən gözəl xatirələrlə yola salırıq. Təşəkkürlər, Youssef".
"Samsunspor" formasında bu mövsüm 31 rəsmi matçda iştirak edən 28 yaşlı futbolçu 1 dəfə qol sevinci yaşayıb.
Mənbə: TRT haber
Nigar Həsənzadə