Bakıda orta əmək haqqı artıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 11:50 09.06.2025

Bu ilin yanvar-mart aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 357,3 manat təşkil edib.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-mart ayları ilə nisbətən 9,1 % artıb.

 

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10 % artaraq 1 083,8 manat təşkil edib.