Polşa prezidenti Ukraynanın Aİ-yə sürətli üzvlüyünə qarşıdır

Bölmə: Siyasət › ,
Tarix: 20:02 10.06.2025

Polşanın yeni seçilmiş prezidenti Karol Navroçki Ukraynanın Avropa İttifaqına sürətlə daxil olmasına qarşı çıxıb.

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, həqiqətən də Ukraynanın indiki məqamda Avropa İttifaqına üzv olması Polşanın da Macarıstanın maraqlarından kəskin ziddiyyət təşkil edir:

 

"Söhbət təkcə iqtisadi maraqlardan getmir, həm də elə Rusiya ilə münasibətlərin gələcəyi baxımından problemlidir. Yəni, aydın məsələdir ki, müharibə bitəcək və Avropa ölkələri ilə Rusiya arasında münasibətləri bərpa olunacaq. Amma bu hansı səviyyədə olacaqdı və bu sual altındadır. Avropa İttifaqına üzv olacaq Ukrayna böyük ehtimal Rusiya ilə münasibətləri əvvəlki səviyyədə saxlaya bilməyəcəkdi və bu, Ukrayna üzrə gedən qaz nəqlinin dayanmasına gətirib çıxara bilər. Yəni, artıq yeni alternativ layihələr üzərində işlənə bilər ki, bu da yeni sazişlər deməkdir. Rusiya ilə Avropa dövlətləri arasında imzalanan sazişlər daha çox uzun vədəli qaz kontraktlarıdır. Yəni, müharibədən çox öncə imzalanıb.10 illik, 20 illik, 30 illik qaz kontraktlarıdır ki, bu həm də o dövrün maliyyəsi hesabına formalaşıbdır, büdcəsi hesabına, indiki məqamda böyük ehtimal, yeni sazişlər imzalanmalıdır ki, bu da onlara sərf eləmir. İkinci məsələ Avropa İttifaqına üzvlüyün sadələşdirilməsi ümumi maraqlar kontekstində ziddiyyət təşkil edir. Çünki faktiki olaraq Türkiyə kimi Bosniya kimi ölkələr 30 ilə yaxındır ki, üzvlük gözləyirlər. Amma bu baş tutmur və buna rəğmən Ukraynanı sırf Rusiya faktoruna görə ittifaqa üzv etmək problemidir. Bu arada hansı reallıqlar əsasında misal üçün Ukraynanın əraziləri işğal altındadır, yəni işğal davam etdiyi təqdirdə bu üzvlükdən söhbət belə gedə bilməz. Çünki bu, Avropa İttifaqının ümumi nizamnaməsinə ziddir. Yəni bu da mümkün deyil və mən ümumiyyətlə Avropa İttifaqına Ukraynanın mövcud reallıqlar çərçivəsində üzv olacağını düşünmürəm və bunu böyük ehtimal başına Macarıstan, Avropa, Macarıstan və Polşa olmağı veto eləyəcəklər. Çünki həqiqətən də o deyilən şey xəbərdarlıq reallığı əks etdirir. Yəni, üzv olsa, bu proses alınmayacaqdır. Müqayisə üçün deyim ki, vaxtilə NATO Türkiyə, Finlandiya və İsveçin üzvlüyünə veto edirdi. Buna gördü, üzvlük qəbul edilmirdi. Hələ bu təsir edən faktordur. Avropa İttifaqında belə bir bənd var və belə olan təqdir edə bilərik ki, bu üzvlük o qədər tez baş tutmyacaq. Amma Rusiya ilə Ukrayna arasında sülh sazişi imzalanarsa və bu sülh sazişi işğal olunan ərazilərinin itirilməsi hesabına olarsa, bəlkə bunu əsas gətirib Avropa İttifaqına üzv edərlər. Amma burda yenə də üzv ölkələrdən kiminsə bu və ya başqa formada veto etmək məsələsi var. Yəni bu veto hüququ qaldığı təqdirdə Ukraynanın üzvlüyü çətin görünür Polşanın bu mövqeyi Avropa İttifaqı daxilində ziddiyyətlər artıracaqdı. Onsuz da Ukrayna müharibəsi, Avropa İttifaqı daxilində fikir ayrılıqlarını böyütüb. Macarıstanın başçılığı ilə bir blok və Fransanın başçılığında bir blok var idi. Müharibə tərəfdarları və müharibə əleyhdarları, hansı ki, bu get gedə də böyüyür və Avropa İttifaqının tədrici parçalanma prosesini daha da sürətləndirir. Həm Ukraynanın Avropa İttifaqına üzv olması Avropa İttifaqının parçalanmasına gətirib çıxaracaq ki, əslində biz bunun illər öncə Britaniyanın breksit qərarı ilə başladığını gördük. Böyük ehtimal bu qərarın ardı gələcəkdir və Ukraynanın Avropa İttifaqına üzvlüyü prosesi sürətləndirəcək".

 

Ayşən Səlimova