Yaxın Şərq yenidən qırmızı həyəcanda

Tarix: 13:23 12.06.2025
ABŞ Dövlət Departamenti İraqın paytaxtı Bağdaddakı ABŞ səfirliyinin bəzi əməkdaşlarının geri çəkiləcəyini təsdiqləyib.
Departament rəsmisi bildirib ki, bu qərar Prezident Donald Trampın amerikalıları həm ölkə daxilində, həm də xaricdə təhlükəsiz saxlamaq məqsədinə uyğun olaraq qəbul edilib. Qərar Yaxın Şərqdə artan gərginlik və regional təhlükəsizlik riskləri fonunda qəbul edilib.
ABŞ Yaxın Şərqdəki işçilərinin bir qisminin ölkəni tərk etməsinə qərar verdikdən sonra vətəndaşlarına “hər hansı səbəbdən” İraqa getməmələri barədə xəbərdarlıq edib. Bu addım İranın dünən Vaşinqtona verdiyi bəyanatlardan sonra atılıb. İsrailin İrana hücuma hazırlaşdığı iddia edilir.
CNN Türk
Əminə Əliyeva