İran nüvə silahı istəsə sülh mümkün deyil-Tramp

Bölmə: Siyasət › ,
Tarix: 19:38 17.06.2025

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran hələ də Vaşinqtonla nüvə sazişi bağlamaqda maraqlıdır.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmirəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Trampın bəli, İranla danışıqlar aparmaq fikiri var və bu fikri əvvəllər də ifadə edib:

 

"Buna görə Omanda tərəflər arasında danışıqlar aparılırdı və müəyyən qədər müsbət nəticələr də əldə edilib. Ancaq İsrail İrana hücum etdikdən sonra bu məsələlər bir qədər arxa plana keçməyə başladı və demək olar ki, danışıqlar prosesi tamamilə dayandırıldı. Yəni İran danışıqlar prosesindən çıxdığını bəyan etdi. Ümumilikdə İran nüvə silahın əldə edilməsinin qadağan edilməsi ilə bağlı məlum olduğu kimi, qanun mövcuddur və həmin qanun əsasında da İran hökuməti hazırda qanunun icraatını davam etdirir. Lakin İran parlamentinə qanunun ləğv edilməsi ilə bağlı bəyanatlar səsləndirilir. Çox böyük ehtimalla bu qanun ola bilsin ki, İranda ləğv edildi. Yəni nüvə silahında oranın zənginləşdirilməsini. İran tərəfi nüvə enerjisinin əldə edilməsinə bağlayır. Lakin bu aydın bir şəkildə bilinən bir gerçəkdir ki, yəni Qərb kəşfiyyatı da dəfələrlə bu barədə məlumatlar paylaşıb ki, əslində İranın niyyəti nüvə silahı əldə etməkdir və çox böyük ehtimalla həqiqətən də İranın oranı zənginləşdirməsində məqsəd nüvə silahı əldə etməkdir. Əgər İran tərəfi həmin oran zənginləşdirdiyi zavodlara MTN-nin əməkdaşlarını buraxarsa, yəni Qərb ölkələrindən həmin nümayəndələri həmin zavodlara buraxarsa, bu zaman tərəflərin arasında müəyyən razılaşmalar əldə oluna bilər".

 

Politoloq həmçinin bildirib ki, indi əsas məsələ tərəflər arasındakı atəşkəsin ikitərəfli şəkildə dayandırılmasıdır:

 

"Tramp verdiyi açıqlamada bununla bağlı hər iki tərəfdən müzakirələr aparıldığını, yəni bunun üçün daha doğrusu çalışdığını bildirib və ola bilsin ki, ABŞ və Rusiyanın vasitəçiliyi ilə ABŞ, İsrail, Rusiya isə İran tərəfinə bir məsləhət verməklə bu münaqişə, yəni atəşkəs dayandırılsın və bundan sonra tərəflərin arasında danışıqlar başlasın. Çox böyük ehtimalla bir müddət sonra məsələ səngiyəcək və ABŞ tərəflərinin arasında atəşin dayandırılması ilə bağlı müqavilə imzalana bilər. Düzdür, biz İran və İsrailin ümumi barışmasını gözləmək bir qədər sadəlövhlük olar. Ancaq nüvə məsələsi ilə bağlı məsələlər həll edilə bilər".


Ayşən Səlimova