İrana raket sistemləri göndərməyimiz... -Çin

Bölmə: Dünya › ,
Tarix: 14:21 09.07.2025

Səfirlik məlumatın məzmununu yanlış hesab edir. Prinsipcə, Çin kütləvi qırğın silahlarının və onların çatdırılma sistemlərinin yayılmasına qəti şəkildə qarşı çıxır və kütləvi qırğın silahlarının yayılmaması sahəsində özünün tətbiq imkanlarını davamlı olaraq gücləndirir.


"İnformator.az" xəbər verir ki, bunu Çinin İsraildəki səfirliyi “İsrail Hayom” qəzetinin Pekinin Tehrana yer-hava raketləri verməsi ilə bağlı sualına cavab olaraq bildirib.


“Çin heç vaxt müharibə aparan ölkələrə silah ixrac etmir və ikili təyinatlı məhsulların ixracına ciddi nəzarət edir. Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi hərbi malların ixracına ehtiyatlı və məsuliyyətli yanaşır”, - səfirlik vurğulayıb.

 

Qeyd edək ki, dünən bir gün əvvəl “Middle East Eye” nəşri Çinin Tehrana HQ-9B zenit-raket kompleksləri göndərdiyi barədə məlumat dərc etmişdi.