ABŞ tarixinin ən böyük zinət əşyası oğurluğu

Tarix: 12:11 18.06.2025
ABŞ-nin Los-Anceles şəhərində yeddi nəfərə ölkə tarixinin ən böyük zinət əşyası oğurluğunu törətdikləri ittihamı irəli sürülüb. Federal prokurorluğun məlumatına görə, şübhəlilər 2022-ci ilin iyul ayında zirehli bir maşından təxminən 100 milyon dollar dəyərində qızıl, almaz, yaqut, zümrüd və lüks saatlar oğurlayıblar.
Kaliforniya Orta Dairə Prokurorluğunun yaydığı açıqlamada bildirilib ki, şübhəlilərə ötən həftə iki ayrı maddə üzrə ittiham irəli sürülüb: “beynəlxalq və ştatlararası daşınma zamanı oğurluq” və “bu oğurluğu planlaşdırmaq məqsədilə yaradılmış cinayətkar dəstəyə qoşulmaq”.
Şübhəlilərin adları: Carlos Victor Mestanza Cercado 31 yaş, Jazael Padilla Resto 36 yaş, Pablo Raul Lugo Larroig 41 yaş, Victor Hugo Valencia Solorzano 60 yaş, Jorge Enrique Alban 33 yaş, Jeson Nelon Presilla Flores 42 yaş, Eduardo Macias Ibarra 36 yaş
Prokurorluğun məlumatına görə, bu şəxslərdən beşi əlavə olaraq “ticarəti pozmaq məqsədilə həyata keçirilmiş soyğun” ittihamı ilə də üzləşiblər. Şübhəlilərdən Padillanın hazırda Arizona ştatında oğurluq cinayətindən məhkum olunduğu və həbsdə olduğu bildirilib.
TRT XƏBƏR
Lalə Qurbanlı