Növbəti köç karvanı Kəngərli kəndinə çatıb

Bölmə: Maraqlı › ,
Tarix: 13:21 18.06.2025

Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb.

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu mərhələdə köçürülən 154 nəfərdən ibarət 40 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

 

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.