Azərbaycanın tennis yığması beynəlxalq turnirdə Albaniyaya qalib gəlib

Bölmə: İdman › ,
Tarix: 17:22 18.06.2025

Azərbaycanın tennis yığması Moldovada təşkil olunan “Billie Jean King Cup” beynəlxalq turnirində Albaniyaya qalib gəlib.


"İnformator.az" xəbər verir ki, ilk olaraq Lalə Eyvazova Guli Anaterzanı 2:1 hesabı ilə məğlub edib.


Növbəti qarşılaşmada isə Mişel Cahangirova Dule Kristaldan güclü olub - 2:0. Albaniyalılar qoşa mübarizədən imtina etdiklərinə görə, millimiz 3:0 hesablı qələbə qazanıb.