Gənclərin milli-mənəvi dəyərlərə münasibəti

Bölmə: Sosial › ,
Tarix: 18:02 27.05.2025

 

Gənclər hər bir xalqın gələcəyidir və onların milli-mənəvi dəyərlərə münasibəti cəmiyyətin sabahını müəyyən edir. Dəyərlər dedikdə, adət-ənənələrimiz, dilimiz, musiqimiz, ailə bağlarımız və tariximiz nəzərdə tutulur. Bu dəyərlərin qorunması və yaşadılması isə əsasən gənc nəslin üzərinə düşür.

 

Müasir dövrdə texnologiya və qloballaşma gənclərin həyatında önəmli yer tutur. Bəzən bu səbəbdən öz milli kimliyindən uzaqlaşma halları da müşahidə olunur. Lakin eyni zamanda, çoxlu gənclər var ki, milli musiqiyə qulaq asır, milli geyimləri və adətləri təbliğ edir, sosial şəbəkələrdə milli-mənəvi mövzularda paylaşım edir. Bu da göstərir ki, gənclərin böyük hissəsi dəyərlərini unutmur, əksinə, onları müasir formada yaşatmağa çalışır. Əsas odur ki, ailə və məktəb bu məsələdə düzgün istiqamət verə bilsin.

Nəticədə, milli-mənəvi dəyərlərin qorunması yalnız keçmişə hörmət deyil, gələcəyə də sağlam zəmin hazırlamaq deməkdir.

 

Dəmirova Günel