Reper terror ittihamı ilə zaminə buraxılıb

Tarix: 18:09 18.06.2025
İrland dilində "Kneecap" hip-hop qrupunun reperi terror ittihamı ilə London məhkəməsinə çıxarıldıqdan sonra şərtsiz zaminə buraxılıb.
Liam O'Hanna adı ilə ittiham olunan Liam Óg Ó hAnnaidh London konsertində qadağan olunmuş Hizbullah təşkilatına dəstək üçün bayraq nümayiş etdirməkdə ittiham olunub. Mo Chara adı ilə çıxış edən 27 yaşlı gənc qrup üzvləri Móglaí Bap (Naoise Ó Cairealláin) və DJ Próvaí (JJ Ó Dochartaigh) müşayiəti ilə Vestminster Magistrates Məhkəməsinə gəlib. Qrupun tərəfdarları çıxışdan sonra çərşənbə günü Londonda məhkəmə qarşısında alqışlarla qarşılanıblar.
Cənab Ó hAnnaidh avqustun 20-də keçiriləcək növbəti məhkəmə iclasında iştirak edəcək. Baş hakim Paul Qoldsprinq ona həmin gün məhkəmədə iştirak etməli olduğunu söyləyib.
BBCnews
Aysel Mirzəyeva