Çin və Rusiya İranın nüvə məsələsində güc tətbiqinə qarşı çıxır

Bölmə: Dünya › ,
Tarix: 21:59 19.06.2025

Çin və Rusiya liderləri İranın nüvə məsələsinin güc yolu ilə həllinə qarşı olduqlarını bildiriblər. Çin Prezidenti Si Cinpin Rusiya Prezidenti Vladimir Putinlə görüşdə qeyd edib ki, güc tətbiqi beynəlxalq münaqişələrin həlli yolu deyil və atəşkəs dərhal təmin olunmalıdır.

 

Si dinc əhalinin qorunmasının vacibliyini vurğulayıb və Çin tərəfinin Yaxın Şərqdə sülhə töhfə verməyə hazır olduğunu bildirib. Prezident Putin də məsələnin yalnız siyasi-diplomatik yolla həll olunmasının tərəfdarı olduğunu bəyan edib.

 

Çin XİN-in nümayəndəsi Qo Ciasün Yaxın Şərqdə vəziyyətin gərgin olduğunu deyib və beynəlxalq ictimaiyyəti ədalətli mövqe tutmağa çağırıb.

 

Anadolu Agency

Ayan Əsgərova