ABŞ Səfirliyindən Əl-Udeydə giriş qadağası

Bölmə: Dünya › ,
Tarix: 17:55 19.06.2025

ABŞ-nin Qətərdəki səfirliyi bölgədə artan regional gərginlik səbəbindən əməkdaşların Əl-Udeyd Hərbi Hava Bazasına daxil olmasını müvəqqəti olaraq qadağan edib. Səfirlik bu addımı “ehtiyat tədbiri” kimi qiymətləndirib.

 

Rəsmi açıqlamada ABŞ vətəndaşlarına böyük toplaşmalardan uzaq durmaq, yerli medianı izləmək və Qətər hökumətinin tövsiyələrinə əməl etmək tövsiyə olunub.

 

Qeyd edək ki, Dohanın cənub-qərbində yerləşən Əl-Udeyd bazası regionda ABŞ və koalisiya qüvvələrinin mühüm strateji mərkəzidir.

 

ANEWZ

Gülhüseynova Güllər