SpaceX şirkətinin raketi partlayıb

Tarix: 19:53 19.06.2025
SpaceX şirkətinə məxsus Starship raketi ABŞ-nin Texas ştatında həyata keçirilməsi planlaşdırılan sınaq uçuşundan əvvəl texniki nasazlıq səbəbindən partlayıb.
SpaceX-in sosial media platforması X üzərindən verdiyi açıqlamada, 10-cu sınaq uçuşuna hazırlaşan raketin yerli vaxtla saat 23:00 radələrində “böyük bir nasazlıq yaşadığı” bildirilib.
Sınaq boyunca ərazidə təhlükəsizliyin təmin olunduğu və hadisə zamanı xəsarət alanın olmadığı qeyd olunub.
Yerli mediada yayılan görüntülərdə Starship raketinin qalxış platformasında nasazlıq səbəbilə nəhəng bir alov topuna çevrildiyi müşahidə olunur.
TRT XƏBƏR
Nuray Əliyeva