"Regionda gərginliyin fonunda dövlət sərhədində bütün təhlükəsizlik tədbirləri görülür"

Tarix: 21:56 19.06.2025
İsrail və İran arasında yaşanan münaqişə fonunda Türkiyə sərhədlərini qanunsuz keçmək cəhdlərində artım müşahidə olunmur. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Zəki Aktürk həftəlik brifinq zamanı məlumat verib.
O bildirib ki, Türkiyə Silahlı Qüvvələri mümkün miqrasiya axınları ilə əlaqədar bütün zəruri təhlükəsizlik tədbirlərini həyata keçirir. Rəsmiyə görə, son bir həftə ərzində Türkiyə sərhədçiləri tərəfindən 122 nəfər saxlanılıb, onlardan 2-si terror təşkilatlarına mənsub olub. Bu ilin əvvəlindən bəri saxlanılanların ümumi sayı 2681 nəfərə çatıb.
Anadolu Agency
Ayan Əsgərova